...

Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılıb

Maraqlı Materials 19 Aprel 2018 07:11 (UTC +04:00)
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda son 40 il ərzində ilk kinoteatr açılıb
Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda son 40 il ərzində ilk kinoteatr açılıb.

Trend-in məlumatına görə, kinoteatrda nümayiş etdirilən ilk fil "Marvel"in "Qara pantera" filmi olub. İlk nümayiş etdirlən filmdə yerli mədəniyyət xadimləri, diplomatik missiyaların rəhbərləri, böyük iş adamları və jurnalistlər iştirak edib.

Kinoteatrın ziyarətçilərində biri bu anı çoxdan gözlədiklərini bildirib: "Nəhayət, biz kinoya yalnız xaricdə deyli öz evimizdə də gedəcəyik. Əvvəllər, kinoteatra getmək üçün, biz qonşu Bəhreynə və Dubaya gedirdik".

Qeyd edək ki, 1980-ci illərin əvvələrində Səudiyyə Ərəbistanında kinoteatrlara qadağa qoyulub. Gözlənilir ki, 2030-cu ilə qədər Krallıqda 300-dən artıq kinoteatr fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti