...

Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

Maraqlı Materials 19 İyun 2019 11:41 (UTC +04:00)
İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə başlamaq niyyətindədir.
Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

Bakı. Trend:

İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə 2021-ci ildə başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, yeni şəhərdə tikinti işləri iki il sonra başlayacaq, köçürmə prosesinin 2024-cü ilədək başa çatması planlaşdırılır.

Prosesin ümumi dəyəri 32,5 milyard dollara bərabər olacaq.

Yeni paytaxt Kalimantan adasında, ölkənin mərkəzi hissəsində salınacaq.

Qeyd edək ki, İndoneziya prezidenti Coko Vidodo aprel ayında paytaxtın köçürülməsini təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti