Bakı. Trend:
Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası" turnirində Azərbaycanı təmsil edən Ağanəzər Novruzov (74 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.
Trend-in məlumatına görə, Novruzov yarışın əvvəlki mərhələlərində qazaxıstanlı Kanat Mussabekovu 3:1, ardınca isə rusiyalı Anzor Zakuyevi 2:1 hesabı ilə məğlub edib.
Final görüşündə Ağanəzər Novruzov özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.