Bakı. Trend:
İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Siti" Münhenqladbax "Borussiya"sının 22 yaşlı yarımmüdafiəçisi Rokko Rayçi heyətinə qatmaq niyyətindədir.
Trend-in İngiltərə mətbuatına istinadən məlumatına görə, "şəhərlilər" alman futbolçunun transferini yanvar transfer pəncərəsi zamanı reallaşdırmağa çalışacaq.
Qeyd edək ki, Rokko Rayç "Borussiya" akademiyasının yetirməsidir və hazırda Almaniya U-21 millisinin üzvüdür. Bu mövsüm Bundesliqada 12 rəsmi oyuna çıxan gənc yarımmüdafiəçi 1 qol ötürməsi ilə yadda qalıb.