Bakı. Trend:
Hindistanın dövlət şirkəti “ONGC Videsh” (OVL) Norveçin “Equinor” şirkətindən Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 0,615 faiz iştirak payını alıb.
Trend xəbər verir ki, müqavilə həmçinin ONGC Videsh-in törəmə şirkəti olan ONGC BTC Limited vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri şirkətində 0,737% səhm əldə etməsini nəzərdə tutur.
Bu alışın ümumi dəyəri 60 milyon dollar təşkil edir.
Satınalma 2024-cü il noyabrın 29-da tamamlanıb. Bu alışın ümumi dəyəri 60 milyon dollar təşkil edir. Bu alış “OVL”in AÇG yatağındakı mövcud 2,31% payına və BTC boru kəmərindəki 2,36% payına əlavədir.
Qeyd edək ki, “bp Exploration (Caspian Sea) Limited” AÇG yataqlar blokunun işlənməsi layihəsinin operatorudur.
AÇG-nin işlənməsi 20 sentyabr 1994-cü ildən başlayıb. Müqavilə 2049-cu ilin dekabrında başa çatacaq və təxminən 1 milyard ton neftin çıxarılmasını nəzərdə tutur.
bp-nin son məlumatlarına əsasən, 2024-cü ilin ilk üç rübündə AÇG-də ümumi hasilat orta hesabla gündə təxminən 339 000 barel təşkil edib (cəmi təxminən 93 milyon barel və ya 13 milyon ton). Bu həcmlər aşağıdakı platformalardan əldə edilib: Çıraq: gündəlik 23 000 barel, Mərkəzi Azəri: gündəlik 96 500 barel,Qərbi Azəri: gündəlik 75 500 barel, Şərqi Azəri: gündəlik 51 000 barel, Dərin Su Günəşli: gündəlik 57 400 barel, Qərbi Çıraq: gündəlik 29 100 barel, Mərkəzi Şərqi Azəri (ACE): gündəlik 6 500 barel.
bp-nin son məlumatlarına əsasən, 2024-cü ilin ilk üç rübündə AÇG-də ümumi hasilat orta hesabla gündə təxminən 339 000 barel təşkil edib (cəmi təxminən 93 milyon barel və ya 13 milyon ton) və bu həcmlər Çıraq (23 000 barel/gün), Mərkəzi Azəri (96 500 barel/gün), Qərbi Azəri (75 500 barel/gün), Şərqi Azəri (51 000 barel/gün), Dərinsuku Günəşli (57 400 barel/gün), Qərbi Çıraq (29 100 barel/gün) və Mərkəzi Şərqi Azəri - ACE (6 500 barel/gün) platformalarından əldə olunub.