...

Trüdo, Tramp ilə görüşmək üçün Floridaya gedib

Dünya xəbərləri Materials 30 Noyabr 2024 07:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Floridaya yola düşüb.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Castin Trüdo cümə günü axşam saatlarında Trampın iqamətgahı olan Palm-Biçə uçub. Kanadanın baş nazirinin, cümə günü ABŞ-ın yeni seçilmiş prezidenti ilə danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə, qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar olaraq, Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Meksika prezidenti Klaudiya Şeynbaum, Trampın bu addımına cavab olaraq, öz növbəsində rüsumlar tətbiq edəcəyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti