Bakı. Trend:
Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, 2023-cü ilin üçüncü rübündə Türkiyənin Ümumi Daxili Məhsulu (ÜDM) zəncirlə əlaqəli həcm indeksinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artıb.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, cari qiymətlərlə ÜDM 53,3% artaraq 11,9 trilyon lirəyə çatıb. Bu göstərici dollar ekvivalentində 357,9 milyard dollar təşkil edib.
Sektorlar üzrə ən böyük artım tikinti sektorunda qeydə alınıb – 9,2%. Bundan sonra maliyyə və sığorta fəaliyyəti 6,2%, kənd təsərrüfatı 4,6%, daşınmaz əmlak əməliyyatları isə 2,5% artım göstərib.
Hökumət, təhsil, səhiyyə və sosial təminat sektorlarında artım 1,9%, informasiya və rabitə xidmətlərində isə 2,2% olub.
Əvvəlki rüblər üçün iqtisadi artım göstəriciləri yenidən nəzərdən keçirilib. Bu arada, AA Finans sorğusuna qatılan iqtisadçılar Türkiyə iqtisadiyyatının 2024-cü ilin üçüncü rübündə 2,64% artacağını proqnozlaşdırırdı.