Bakı. Trend:
Niderlandın dördüncü nəsil F-35 qırıcı təyyarələrindən ibarət kontingent Baltik dənizi üzərində hava patrulları aparmaq üçün Estoniyanın Emari aviabazasına yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi açıqlama yayıb. NATO-nun rotasiya çərçivəsində qırıcılar 2025-ci il martın 31-dək hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə patrul missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, ilin əvvəlində uçuş-enmə zolağının modernləşdirilməsi ilə əlaqədar NATO qırıcıları Emari aviabazasını tərk edərək müvəqqəti olaraq Latviyadakı Lielvard aviabazasına köçürülmüşdü.