...

Bayden FTB ilə Tramp komandasına qarşı təhdidlərə dair iş apardığını açıqladı

Dünya xəbərləri Materials 30 Noyabr 2024 06:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden, FTB ilə birlikdə Donald Trampın komandası üzərindəki təhdidlərlə bağlı iş apardığını bildirib.

Trend xəbər verir ki, Bayden Massaçusetsdə jurnalistlərin suallarını cavablandırarkən, ABŞ-ın seçilmiş yeni prezidenti Trampla əlaqə qurmağı planlaşdırdığını açıqlayıb. O, Trampla əlaqə saxlamasının gözlənilib-gözlənilmədiyi ilə bağlı suala "Düşünürəm ki, bəli" cavabını verib.

Prezident həmçinin yeni administrasiyada təyin ediləcək bəzi şəxslərə qarşı göndərilən təhdidlər və bombalarla bağlı mesajlar barədə suallara cavab verərkən, "Biz bunun üzərində işləyirik, FTB bunu edir" deməklə, məsələnin ciddi şəkildə araşdırıldığını qeyd edib.

Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də olacaq. Həmin vaxta qədər demokrat prezident Co Bayden ABŞ-ın dövlət başçısı olaraq qalacaq. Trampın qalib gəldiyi ABŞ prezident seçkiləri isə noyabrın 5-də keçirilib.

Xəbər lenti

Xəbər lenti