...

ABŞ-ın Arkanzas ştatında ticarət mərkəzində atışma baş verib

Dünya xəbərləri Materials 30 Noyabr 2024 08:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Arkanzas ştatının Littl Rok şəhərindəki Park Plaza ticarət mərkəzində Qara Cümə günü baş verən silahlı insident zamanı iki nəfər yaralanıb.

Trend-in “ABC News”a istinadən verdiyi məlumata görə, Littl Rok Polis Departamenti əvvəlcə üç nəfərin yaralandığını bildirsə də, daha sonra iki nəfərin yaralı olduğunu təsdiqləyib. Yaralılardan biri güllə yarası ilə xəstəxanaya çatdırılıb və hər iki şəxsin vəziyyətinin stabilliyi, həyati təhlükəsinin olmadığı qeyd edilib.

Littl Rok meri Frenk Skott Jr. insidentdən sonra bəyanat verərək hadisəni qınayıb:
"Bu gün iki şəxs sakinlərin və ziyarətçilərin həyatını təhlükə altına qoydu. Qurbanların tezliklə tam sağalacağına ümid edirik və onlar üçün dua edirik."

Hazırda hadisə ilə bağlı istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti