...

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2007 12:40 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. "Minsk qrupu səylərini gücləndirməlidir. Qurumun indiki fəaliyyəti o qədər də qənaətbəxş deyil" bazar ertəsi Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş yeni hərbi attaşesi polkovnik Daniel Şambon ilə görüşündə bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Əbiyev deyib ki, Fransa ilə Azərbaycan hərbi əməkdaşlığı daha da gücləndirməlidir.

Xəbər lenti

Xəbər lenti