...

Azərbaycan ordusunun iki əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Şəki, 04 mart / Trend , müxbir E.Quliyev/ Şəki rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan Azərbaycan ordusunun iki əsgəri həlak olub. Rayon hərbi komissarlığından verilən məlumata görə, çərşənbə axşamı səhər saatlarından etibarən, Tərtər rayonunun Qapanlı kəndi istiqamətində atışma nəticəsində Şəkinin Baş Göynük kənd sakini, 1988-ci il təvəllüdlü, 2006-cı ilin oktyabırından həqiqi hərbi xidmətə çağırılmış Qasımov Yüsif Oruc oğlu aldığı güllə yarasından keçinib. Hal-hazırda atışma davam etdiyindən, döyüş mövqeyindən cəsədin çıxarılması mümkün olmayıb. Rayon komissarlığından Şəki sakini olan ikinci əsgərin ölümü ilə bağlı məlumat təsdiqlənsə də, rəsmi məlumatlar olmadığından, araşdırma aparıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti