Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 14-də saat 11.00-dan 11.15-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.10-dan 22.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari və Mosesqex kəndləri, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Ağdam və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.50-dən 11.50-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.15-dən mayın 15-i saat 06.05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.10-dan 17.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan mayın 15-i saat 02.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.