...

Ermənistan tərəfi Azərbaycanla mövcud təkliflər əsasında danışıqlar aparmağa hazırdır – Ermənistanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2008 19:55 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamıYerevanda bəyan edib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun səsləndirdiyi son fikirlərin danışıqlar masasında olan Qarabağ probleminin həlli ilə bağlı təkliflərlə heç bir əlaqəsi yoxdur.

"Əzimov, yalnız Azərbaycan tərəfinin mövqeyini əks etdirən, lakin danışıqlar prosesi ilə heç bir şəkildə bağlı olmayan şəxsi rəyini ifadə edib. Danışıqlar prosesində isə, əsas məsələ bu region əhalisinin ümumi rəyi əsasında Dağlıq Qarabağın statusunun müəyyən edilməsidir", - Ermənistan xarici işlər nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar üçün mövcud təkliflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin uzunmüddətli səyləri nəticəsində əldə olunub, və Ermənistan tərəfi sözügedən təkliflər əsasında danışıqlar aparmağa hazır olduğunu bəyan edib. "Xarici siyasətimiz əsaslı dəyişikliklərə məruz qalmayacaq, lakin biz əvvəllər uğur əldə edə bilmədiyimiz istiqamətlərdə də müvəfəqiyyət əldə etmək niyyətindəyik", - Nalbandyan bəyan edib.

Nazir etiraf edib ki, "biz ABŞ-ın yeni təyin olunacaq səfirini ölkəmizdə görməyimizdən şad olardıq və ümid edirik ki, bu proses tez baş verəcək və missiyanın yeni rəhbəri Yerevana gələcək".

Xəbər lenti

Xəbər lenti