...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2008 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16.30-dan 16.40-dək və saat 17.45-dən 17.55-dək Ermənistan Respublikası Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 16.25-dən 16.45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 3-də saat 01.35-dən 01.55-dək və saat 05.40-dan 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 02.49-dan 02.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti