...

Ermənistan hərbi birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bərdə, 26 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Trend -un bölgə müxbirinin verdiyi məlumata əsasən, Ermənistan hərbi birləşmələri cümə axşamı saat 12:00-dan etibarən Azərbaycanın Ağdam rayonunun işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar.

Təlimlər zamanı ağır texnika və aviasiyadan istifadə olunur. Cəbhə xəttində yerləşən kəndlərdə partlayış səsləri aydın eşidilir.

Hazırda təlimlər davam edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti