...

Azərbaycan öz maraqlarına zərər vurmağa imkan verməyəcək - XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2009 14:55 (UTC +04:00)
Azərbaycan öz maraqlarına zərər vurmağa imkan verməyəcək - XİN başçısı

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan başqa dövlətlərin işinə qarışmır, eyni zamanda öz maraqlarına zərər vurmağa da imkan verməyəcək", - jurnalistlərə cümə axşamı Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov deyib.

"Azərbaycanın maraqları ölkənin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasıdır", - Məmmədyarov Türkiyə-Ermənistan sərhədinin açılması mümkünlüyünü şərh edərkən deyib.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçını izləmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə Ermənistanla sərhədin Dağlıq-Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacağını deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 

Xəbər lenti

Xəbər lenti