...

Qondarma "DQR" nümayəndələrinin Almaniyadakı sərgidə iştirakı barədə informasiya yalandır - səfirlik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2009 17:29 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistan KİV-in qondarma "Dağlıq Qarabağ Respublikası" nümayəndələrinin Düsseldorfda keçirilən beynəlxalq sərgidə iştirak etməsi barədə yaydığı məlumatı təkzib edib.
Qondarma "DQR" nümayəndələrinin Almaniyadakı sərgidə iştirakı barədə informasiya yalandır - səfirlik

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistan KİV-in qondarma "Dağlıq Qarabağ Respublikası" nümayəndələrinin Düsseldorfda keçirilən beynəlxalq sərgidə iştirak etməsi barədə yaydığı məlumatı təkzib edib.

Oktyabrın 28-də Armtown.Com saytı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "sosial müdafiə nazirliyi yanında ortopedik mərkəzin rəhbərlərinin" 13-17 oktyabrda Düsseldorfda "REHACARE International 2009" adlı beynəlxalq sərgidə iştirak etməsi barədə material dərc edib.

"Azərbaycanın Almaniyadakı səfiri sərginin təşkilatçıları ilə əlaqə yaradaraq sərginin iştirakçıları siyahısında qondarma "Dağlıq Qarabağ Respublikası" nümayəndələrinin olmadığını öyrənib", - çərşənbə axşamı Azərbaycan XİN-nin mətbuat mərkəzindən səfirliyə istinadən bildirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti