...

Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatıb - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2010 13:32 (UTC +04:00)
"Azərbaycanla Rusiya arasında ən vacib məsələlərdən biri Şimali Qafqazda sabitliyin təmin edilməsidir. Rusiya ilə Azərbaycan bu məsələdə təbii müttəfiqlərdir", - Trend News-un məlumatına görə, cümə axşamı Trend Beynəlxaq Xəbərlər Şirkətində yanvar ayının yekunları ilə bağlı keçirilən tədbirdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib.
Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatıb - politoloq

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Hüseynbala/

"Azərbaycanla Rusiya arasında ən vacib məsələlərdən biri Şimali Qafqazda sabitliyin təmin edilməsidir. Rusiya ilə Azərbaycan bu məsələdə təbii müttəfiqlərdir", - Trend -un məlumatına görə, cümə axşamı Trend Beynəlxaq Xəbərlər Şirkətində yanvar ayının yekunları ilə bağlı keçirilən tədbirdə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib.

Əhmədoğlunun sözlərinə görə, yanvar ayında Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya birgə forumunun keçirilməsi də iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha sübut edir. "Forumda çıxış edən Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin kifayət qədər dərin olduğunu və tarixi xarakter daşıdığını qeyd etdi", - politoloq əlavə edib.

Onun fikrincə, Rusiya ilə münasibətlərin inkişafı və bunun hərtərəfli olması Azərbaycanın bugünkü və gələcək maraqlarına tamamilə cavab verir. "Rusiya Azərbaycan üçün həm də iqtisadi cəhətdən sərfəli və çox böyük bir bazardır. Bununla belə, Rusiya ilə münasibətlərin optimal məsafəsini müəyyənləşdirmək çox vacibdir. Rusiyaya çox yaxınlaşmaqla əlavə problemlərə düçar olmaq mümkündür", - mərkəzin rəhbəri vurğulayıb.

Əhmədoğlu deyib ki, yanvar ayında yaddaqalan hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanları haqda verdiyi açıqlama olub. "Prezident qeyd edib ki, münaqişənin həlli yolu artıq dəqiqləşib və nizamlanma prosesində ərazi bütövlüyü prinsipi prioritet götürülüb. Prezidentin fikrincə, münaqişənin tənzimlənməsində ilk addımı Ermənistanın atması ilə bağlı anlaşma da mövcuddur və Ermənistan işğal etdiyi rayonları azad etməlidir", - politoloq xatırladıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti