...

Vaşinqtonda Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2010 11:31 (UTC +04:00)
ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan-Amerika Şurası (AAŞ), Amerikadakı Azərbaycan Cəmiyyəti (AAC), Amerika-Türk Assosiasiyaları Assambleyası, Corc Vaşinqton Universitetinin Türk Tələbə Assosiasiyası və Azərbaycan Tələbələri Birliyinin nümayəndələri iştirak ediblər.
Vaşinqtonda Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş  konfrans keçirilib (FOTO)

ABŞ, Vaşinqton, 26 fevral / Trend , müxbir K.Paşayeva/

ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan-Amerika Şurası (AAŞ), Amerikadakı Azərbaycan Cəmiyyəti (AAC), Amerika-Türk Assosiasiyaları Assambleyası, Corc Vaşinqton Universitetinin Türk Tələbə Assosiasiyası və Azərbaycan Tələbələri Birliyinin nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, səfirliyin əməkdaşları, mətbuat nümayəndələri, AAŞ-ın baş direktoru Cavid Hüseynov, AAC-nin prezidenti Tomris Azəri, "Xocalıya ədalət" beynəlxalq kampaniyası tərəfindən hazırlanan videoklipin müəllifi və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Yaşar Əliyev qonaqlara faciə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində qanlı faciə kimi iz buraxıb. İştirakçılar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Ermənilər Xocalı faciəsini Sumqayıt hadisələrinə cavab kimi təqdim etməyə cəhd göstərirlər. Lakin Xocalı faciəsindən fərqli olaraq, Sumqayıtda qırğınlar sovet hakimiyyəti dövründə törədilib. Bu hadisələrdə günahkar olanlar öz cəzalarını alıblar, lakin Xocalı faciəsinə görə heç kim məsuliyyətə cəlb edilməyib",- deyə Cavid Hüseynov öz çıxışında bildirib.

Tədbirin sonunda "Xocalıya ədalət" klipi, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı haqqında film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti