ATƏT PA-nın nümayəndə heyəti regiona səfərdən sonra özü üçün müəyyən edib ki, Azərbaycan regionda və dünyada nə kimi rol oynaya bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2010 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir M.Əliyev/

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti regiona səfərdən sonra özü üçün müəyyən edib ki, Azərbaycan regionda və dünyada nə kimi rol oynaya bilər. Bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.

Assambleyanın sədri Joao Suareşin və Dağlıq qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin rəhbərliyi ilə ATƏT PA-nın nümayəndə heyəti ötən həftə Azərbaycanda üçgünlük səfərdə olublar.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistandan sonra Azərbaycana səfər edən ATƏT PA nümayəndələri bu ölkələrin regionda mövqeyini, onların ümumi inkişafını müqayisə etmək üçün yaxşı imkan əldə ediblər.

"Bu səfər həmçinin münaqişənin [Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ] nizamlanması baxımından əhəmiyyətli idi", - Muradova deyib.

ATƏT PA-nın nümayəndələri regional səfər çərçivəsində Gürcüstan və Ermənistanda olduqdan sonra Azərbaycanda səfərlərini başa vurublar. Bu üç ölkədəki danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prosesinə, həmçinin 2008-ci il Gürcüstan münaqişəsindən sonrakı vəziyyətə toxunulub.

Muradova bildirib ki, Azərbaycana ilk səfəri zamanı Assambleyanın sədri Joao Suareş Azərbaycanın inkişafını, ölkədə demokratik prosesləri, vətəndaş cəmiyyətinin yaradılması prosesini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti