Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 5-də saat 11:00-dan 11:25-dək Cəbrayıl rayonunun Mehdili, Cocuqmərcanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:40-dan 16:56-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:00-dan 20:26-dək isə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.