...

Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib – Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2010 11:50 (UTC +04:00)
Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib – Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Son 11 ildə keçirilməyən ATƏT sammiti Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində dekabrın 1-2-də Astanada keçirilir. Sammitə bütün üzv ölkələrin dövlət və hökumət başçıları gəlib. Görüşdə ATƏT-in 12 tərədaş ölkəsinin, 68 beynəlxalq təşkilatın rəhbərləri də iştirak edir. Sammit çərçivəsində ATƏT MQ-nin həmsədrləri, Azərbaycan və Ermənistan prezidentləri adından bəyanat verilib və orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə daha qətiyyətli səylərin zəruriliyi qeyd olunub.

Əli Həsənovun sözlərinə görə, Astanayadək Dağlıq Qarabağ problemi ATƏT-in İstanbul sammitinin gedişində də müzakirə olunub və həmin sammitdə bu problemin həll olunmasına ciddi səylər göstərilib.

"İstanbul sammitində Ermənistan həqiqətən konstruktivizmə doğru kurs götürmüşdü. Lakin bu sammitdən sonra Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Yerevan Dağlıq Qarabağ məsələsinin müzakirəsini 11 il - Astana sammitinədək uzatdı", - o, bildirib.

Prezident Aparatının şöbə müdirinin sözlərinə görə, Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səy göstərildi. Bu münaqişənin dinc yolla həlli yalnız Ermənistanın konstruktiv mövqeyə gələcəyi halda mümkündür. "Astana sammitində biz konstruktivizm görmədik. Ermənistan artıq qəbul olunmuş qərarlardan imtina edərək və subyektiv dəlillər gətirməklə yenidən prosesi yubatmaq cəhdini nümayiş etdirdi", - o, deyib.

Əli Həsənov Astana sammitindən sonra ATƏT MQ-nin öz fəaliyyətini gücləndirəcəyinə, problemin həlli üçün növbəti cəhdlər göstərəcəyinə ümid etdiyini bildirib. "Əgər belə cəhdlər göstərilməzsə, Azərbaycan bu məsələni öz gücü ilə həll edəcək", - şöbə müdiri bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti