...

Ermənistan silahlı qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2011 10:49 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri üç istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafuə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, erməni hərbçilər fevralın 21-də saat 19:00-dan 19:10-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09:30-dan 09:45-dək və 22:30-dan 22:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:30-dan 21:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti