...

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması ciddi dəyişikliklərə səbəb olmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2011 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Qasımova/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz fəaliyyətini aktivləşdirsə belə, bu, cddi dəyişikliklərə səbəb olmayacaq. Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell brlə hesab edir.

"Yenilənmiş Avropa Qonşuluq Siyasəti" məruzəsində deyilir ki, Aİ uzunsürən münaqişələrin həllində iştirakını gücləndirməyə hazırdır. Məruzəyə əsasən, Aİ hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır.

"Mən bu məsələyə şübhə ilə yanaşıram. Hazırda Dağlıq Qarabağda vəziyyət partlayış təhlükəsindədir, yaxşı olardı ki, Aİ bu məsələdə fəal olsun, lakin güman etmirəm ki, bu, ciddi dəyişikliklərə səbəb olsun", - cümə axşamı Kornell Trend-ə deyib.

Onun sözlərinə görə, Aİ-nin fəallaşması üçün dəstək və ATƏT-in Minsk qrupuna daxil olan Fransanın fəallaşması lazımdır.

"Hazırda ATƏT-in Minsk qrupu öz hərəkətlərində o qədər də fəal deyil və passiv mövqe tutur", - ekspert əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti