...

Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılarla bağlı razılıq əldə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2011 13:39 (UTC +04:00)
Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılarla bağlı razılıq əldə olunub, razılığa görə, onlar nə həmsədr ölkələrdən, nə də region ölkələrindən olacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılarla bağlı razılıq əldə olunub

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Əliyev/

Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılarla bağlı razılıq əldə olunub, razılığa görə, onlar nə həmsədr ölkələrdən, nə də region ölkələrindən olacaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi münaqişənin həll olunmasında qəbul edilən baza prinsiplərinə daxildir.

"Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həll olunmalıdır və mərhələlər bir-birinə bağlıdır. "Böyük səkkizliy"in Kanadada keçirilən görüşündə bu məsələnin həlli ilə bağlı əsas prinsiplər bəyan edilib: ilk növbədə Ermənistanın qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır, bütün kommunikasiyalar, yollar açılmalıdır, sonra işğal olunmuş torpaqlar bərpa olunmalıdır, məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır və sülhməramlılar yerləşdirilməlidir", - Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti