...

BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2012 16:09 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yanvarın 30-da Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yanvarın 30-da Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə çərşənbə axşamı Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib.

O bildirib ki, əsirə bir "qızıl xaç" məktubu çatdırılıb, ondan isə bir "qızıl xaç" məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib.

Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti