...

Estoniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2012 15:25 (UTC +04:00)
Estoniyanın paytaxtı Tallində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Azərbaycan diasporu fevralın 27-də Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.
Estoniyada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Tarıverdiyeva/

Estoniyanın paytaxtı Tallində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Azərbaycan diasporu fevralın 27-də Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Həmin tədbirlərdə Estoniyanın eks-prezidenti Arnold Ruutelin, Avropa Parlamentinin deputatı İndrek Tarandın və Estoniya deputatı Andres Herkelin çıxışları planlaşdırılıb.

Tədbirlərdə eston parlamentariləri, siyasi elitanın nümayəndələri, eləcə də Estoniyada akkreditə olunmuş xarici diplomatlar, ictimai təşkilatların nümayəndələri, həmçinin Azərbaycan deputatları Fuad Muradov və Sahib Qafarov da iştirak edəcəklər.

Tallindəki tədbirlər çərçivəsində "Ədalətə çağırış" sənədli filmi nümayiş olunacaq və Xocalı faciəsinə həsr edilmiş fotosərgi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti