...

Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2012 09:43 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.
Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni hərbiçilər aprelin 25-də saat 09:00-dan 09:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 13:20-dən 13:40-dək və 13:25-dən 13:40-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Aqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 12:30-dan 12:45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 14:10-dan 14:30-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19:50-dən 20:00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti