...

Bakıda ermənilərin tarixi saxtakarlıqlarını ifşa edən kitabın təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2012 15:36 (UTC +04:00)
Bakıda ermənilərin genişmiqyaslı tarixi saxtakarlıqlarına həsr olunmuş "Saxtakarlıqları ifşa edənlər" kitabının təqdimatı keçirilib.
Bakıda ermənilərin tarixi saxtakarlıqlarını ifşa edən kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Bakıda ermənilərin genişmiqyaslı tarixi saxtakarlıqlarına həsr olunmuş "Saxtakarlıqları ifşa edənlər" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, geniş ictimaiyyətə təqdim olunan kitabın müəllifi politoloq, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovdur.

"Kökündən yalandır. Eyni zamanda, onun gücü və məhkumluğu da bundadır. Amma həqiqət universaldır, onun zəifliyi və uzunömürlülüyü də bundadır", - kitab müəllifinin önsözü bu əxlaq qaydası ilə başlayır və onun fikrincə, bu, müasir erməniçilikdə yaranmış vəziyyəti anlamaq üçün tamamilə uyğundur.

Kitabın konseptual yeniliyi ondan ibarətdir ki, burada erməni saxtakarlıqlarını ifşa edənlər rolunda yalnız əcnəbi alimlər, siyasətçilər, yazıçılar və ictimai xadimlər çıxış edirlər. ABŞ, Avropa ölkələri, Rusiya və Gürcüstandan 140-dan çox müəllifin fikirləri və elmi tezisləri 32 mövzunu əhatə edir: "Erməniləşdirilmiş Albaniya", "Elm və antielm", "Uydurma salnamələr və tərcümələr", "İrəvan: tarix, həqiqət və yalan", "Oğurlanmış əsərlər və mixi yazı", "Erməniləşdirilmiş məşhurlar", "Əlifba: həqiqət axtarışında", "Ermənilərin Qafqaza demoqrafik təzyiqi", "301-ci il - ermənilərin "Xaç suyuna salınması" və ya absurd tarix", "Oğurlanmış kilsələr", "Müsəlman ziyarətgahlarının məhv edilməsi", "Daşnak üçün öldürülmüş erməni qiymətlidir" və s.

Faktların, xronikaların və sitatların təsnifatının orijinal tematik prinsipi sayəsində oxucu "erməni məsələsi"nin müxtəlif aspektləri, ermənilərin tarixi saxtakarlıqlarının texnologiyası və "Böyük Ermənistan"ın uydurma tarixinin yaradılması metodu ilə bağlı nüfuzlu əcnəbi ekspertlərin fikirlərini asanlıqla əldə edə və faydalana bilər.

Axundovun fikrincə, onun yerində başqasını yaratmaq üçün bir ölkənin simasının məhv edilməsindən böyük saxtalaşdırma fikirləşmək mümkün deyil.

Onun sözlərinə görə, radikal erməni millətçilərinin dünya tarixində misli görünməmiş yalanı ondan ibarətdir ki, sovet hakimiyyəti illərində onlar Yerevanın və Azərbaycanın digər şəhərlərinin simasını Yer üzündən tamamilə sildilər, bütün ölkədə müasir Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpaqlarındakı mədəniyyətin bütöv bir təbəqəsini dağıtdılar.

Politoloqun qeyd etdiyi kimi, Prezident İlham Əliyev dəfələrlə yüksək siyasi tribunalardan bəyan edib: "Ermənilərin öz dövlətlərini yaratdıqları Yerevan xanlığının, Zəngəzur mahalının, Göyçə mahalının bizim torpaqlarımız olmasına baxmayaraq, biz Ermənistan ərazilərinin bir qarışına göz dikmirik. Lakin Azərbaycan özünün tarixi torpağı Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt yol verməyəcək".

Kitabın üz qabığında erməni saxtakarlığının iki səs-küylü təsdiqi təsvir edilib. Bunlardan biri məşhur rəssam Frans Rubonun Azərbaycanın 500 il əvvəl ucaldılan qala şəhərinin simasını əks etdirən "1827-ci il oktyabrın 1-də İrəvan qalasının təslim edilməsi" əsəridir. O sübut edir ki, müasir Yerevanda orta əsrlər müsəlman İrəvanından heç nə qalmayıb. Müəllif qeyd edir ki, rəssamın 1893-cü ildə təsvir etdiyi bu sima XX əsrin 30-40-cı illərinədək qalıb, bundan sonra onun erməni millətçiləri tərəfindən məhvinə başlanılıb.

Təqdimat zamanı 5 hissədən ibarət "Mövcud olmamış ölkə... Qafqazda Ermənistan?..." videoçarxı nümayiş etdirilib. Filmin ilk iki hissəsi "Rusiya tarixi ili"nə həsr edilib və bunun çərçivəsində Rusiya taxt-tacının sahiblərinin erməni ekstremizminin azğınlığına qarşı qərarları haqqında nadir faktlar təqdim olunub.

Videoçarxın digər hissələrində qədim Azərbaycan torpaqlarında
Ermənistan Sovet Respublikasının yaradılmasından sonra və bu günə kimi Azərbaycan toponimlərinin, mədəniyyətinin, tarixinin, arxitekturasının tamamilə məhv edilməsi haqqında faktlar ilk dəfə keyfiyyətcə yeni rakursda nümayiş etdirilib.

Yaxın vaxtlarda kitabın Azərbaycan və ingilis dillərinə tərcüməsi işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti