...

Mədəniyyət və Turizm Nazirliyi: Ermənistanın Londondakı təxribatının qarşısı alınacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2012 16:02 (UTC +04:00)
Londonda bu gün işinə başlayan və noyabrın 8-dək davam edəcək Beynəlxalq Turizm Sərgisində Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın turizm potensialı ilə bağlı xüsusi stend nümayiş etdirməsinə qarşı müəyyən tədbirlər görüləcək.
Mədəniyyət və Turizm Nazirliyi: Ermənistanın Londondakı təxribatının qarşısı alınacaq

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Londonda bu gün işinə başlayan və noyabrın 8-dək davam edəcək Beynəlxalq Turizm Sərgisində Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın turizm potensialı ilə bağlı xüsusi stend nümayiş etdirməsinə qarşı müəyyən tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan bu sərgidə 7 turizm şirkəti ilə iştirak edir.

"Onlardan birinin adı da "Qarabağ"dır, - İsmiyev əlavə edib.

O qeyd edib ki, son 3-4 ildə Ermənistan öz stendlərində Dağlıq Qarabağı təmsil etməyə başlayıb. Ermənistanın belə beynəlxalq sərgilərdə Dağlıq Qarabağla bağlı xüsusi stendlər nümayiş etdirməsinin qarşısını almaq üçün işlər görülür.

"Lakin bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, səfirlikləri bəzi ölkələrdə birgə işlər aparır. Berlində, Londonda, Moskvada dünyanın ən böyük turizm sərgiləri keçirilir. Berlindəki sərgidə artıq Ermənistanın iştirakı ləğv edilib. Ötən il də Fransada keçirilən sərgidə belə hal olub, görülən tədbirlər nəticəsində Qarabağ stendi oradan götürülüb. Belə cəhdlər get-gedə azalır", - nazirlik rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti