...

Həmsədrlər XİN rəhbərləri ilə etimadın möhkəmləndirilməsi məsələsini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2013 18:09 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər.
Həmsədrlər XİN rəhbərləri ilə etimadın möhkəmləndirilməsi məsələsini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Milad/

ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 28-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər. Görüşdə etimadın möhkəmləndirilməsi imkanı barədə fikir mübadiləsi aparılıb. Bu barədə Trend bazar ertəsi təşkilatın rəsmi saytına istinadən məlumat verir.

Həmsədrlər İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

Həmsədrlər nazirlərlə 2012-ci ilin oktyabrında sülh prosesinin irəliləməsi üzrə tərəflərə təqdim etdikləri təklifləri müzakirə etməkdə davam edirlər.

"XİN rəhbərləri münaqişənin sülh yolu ilə nizamlanmasına dəstəklərini və danışıqları davam etdirmək üçün qətiyyətlərini təsdiq ediblər", - məlumatda deyilir.

Nazirlər və həmsədrlər sülh nizamlanması prosesi çərçivəsində gələcək müzakirələri yaxın həftələr ərzində davam etdirməyə razı olublar.

"Həmsədrlər 2011-ci il aprelin 14-də və 2012-ci il iyulun 13-də verdikləri bəyanatlara istinad ediblər və nazirlərlə mülki aviareyslərin Dağlıq Qarabağda aeroporta eniş və uçuşlarına dair məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunur.

Xarici işlər nazirləri və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların aparılması üçün ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti