Gürcüstan, Tbilisi, 3 iyul /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan və Ermənistan arasındakı mövcud münasibətlərdən təəssüflənir. Trend-in məlumatına görə, bu barədə İvanişvili çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.
Baş nazir bildirib: "Mən Azərbaycan və Ermənistanda olmuşam və yüksəkvəzifəli şəxslərlə görüşmüşəm, vasitəçi olmağa cəhd etmişəm, lakin burada böyük problemlər var".