...

Bundestaqın deputatı: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2013 17:56
Almaniya Parlamentinə hakim Xristian-Demokratik Birliyindən (XDB) deputat seçilən Tankret Şipanskiy hesab edir ki, Dağlıq Qarabağ - Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu barədə Trend "Vestnik Kafkaza" saytına istinadən məlumat verir.
Bundestaqın deputatı: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 avqust /Trend /

Almaniya Parlamentinə hakim Xristian-Demokratik Birliyindən (XDB) deputat seçilən Tankret Şipanskiy hesab edir ki, Dağlıq Qarabağ - Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu barədə Trend "Vestnik Kafkaza" saytına istinadən məlumat verir.

Almaniyada Azərbaycan tələbə şəbəkəsinin (ASN) üzvləri ilə görüş zamanı Almaniyanın erməni silahlı qüvvələrinin işğal olunan Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT TŞ-nın dörd qətnamələrinin dəstəyinə dair sualı şərh edərkən deputat bildirib: "Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamənin dəstəkləyirik və ümumavropa səviyyəsində onların icra olunmasına dair səylər göstəririk. Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir".

Almaniyalı deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və ölkədə bir milyon qaçqın və məcburi köçkünün olması məsələləri bir-biri ilə ayrılmaz şəkildə bağlıdır.

Şipanskiy bildirib: "ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya qaçqınların əzablarına mümkün qədər son qoymaq və onların doğma torpaqların təhlükəsiz şəkildə qayıtmasını təmin etmək məqsədilə o cümlədən ümumavropa səviyyəsində də münaqişənin dinc yolla nizamlanması prosesi ilə məşğul olur".

Azərbaycanın 2004-cü ildən etibarən "Avropa qonşuluq siyasəti"nin üzvü olduğunu xatırladan deputat Almaniyanın regionda sülhün və sabitliyin nail olunması məsələsinə ayırdığı diqqəti xüsusi vurğulayıb.

Şipansikiyin sözlərinə görə, Almaniya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh və təcili şəkildə nizamlanması üzərində fəal iştirak edəcək.

Ümumavropa səviyyəsində münaqişədə vasitəçiliyin perspektivlərinə toxunan Bundestaqın üzvü vurğulayıb ki, "danışıqlar prosesində Aİ-nin öz vahid mövqeyinin olması üçün ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyi Avropa İttifaqına ötürülə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti