...

Azərbaycan XİN İtaliya şirkətinin Dağlıq Qarabağda mümkün fəaliyyətini araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2013 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin İtaliyadakı səfirliyinə işğal olunan Dağlıq Qarabağda İtaliya şirkətinin mümkün fəaliyyətini araşdırmağı tapşırıb. Bu barədə Trend-ə açıqlamasında XİN-nin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

İtaliya şirkəti Dağlıq Qarabağda yüngül sənaye klasteri yaratmağı planlaşdırır. Ermənistan KİV-in yaydığı xəbərdə deyilir ki, sentyabrın 11-də şirkət nümayəndələri iş şəraiti ilə tanış olmaq üçün Xankəndiyə gələcəklər.
.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti