...

Azərbaycanın Baş nazirinin müavini müharibənin başlanması ehtimalından danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2013 11:55 (UTC +04:00)
Baş nazirin müavininin sözlərinə görə, əgər dünyada belə çoxşaxəli standartlar varsa, bizim yeganə arxalanacağımız yer dövlət və cənab Prezident İlham Əliyevdir.
Azərbaycanın Baş nazirinin müavini müharibənin başlanması ehtimalından danışdı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun 20 ildir gördüyü işin heç bir nəticəsi yoxdur. Beynəlxalq təşklilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımı qətnamələr qəbul ediblər. Lakin əfsuslar olsun ki, bu qətnamələrin heç biri indiyə qədər yerinə yetirilməyib. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilanın Ermənistan tərəfindən işğalının 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, əgər Ermənistan konstruktiv bir mövqeyə gəlməsə, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələrini yerinə yetirməsə, Azərbaycan istənilən yolla, o cümlədən hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək, bunu cənab Prezident də deyib.

Baş nazirin müavininin sözlərinə görə, əgər dünyada belə çoxşaxəli standartlar varsa, bizim yeganə arxalanacağımız yer dövlət və cənab Prezident İlham Əliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti