...

"The Hill": Ehtimal ki, erməni icmasının üzvləri Kaliforniya assambleyasında Dağlıq Qarabağ üzrə səsverməyə təsir edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2014 17:29 (UTC +04:00)
Kaliforniya ştatı assambleyası bu yaxınlarda Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının lehinə səs verib.
"The Hill": Ehtimal ki, erməni icmasının üzvləri Kaliforniya assambleyasında Dağlıq Qarabağ üzrə səsverməyə təsir edib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Kaliforniya ştatı assambleyası bu yaxınlarda Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsi olan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə Melloru Moss "The Hill" saytındakı bloqunda yazır.

Onun fikrincə, bu qərarı belə izah etmək olar: "Ya assambleyanın qərarına erməni icmasının üzvləri təsir ediblər, ya da onların heç nədən xəbəri yoxdur".

M. oss yazır: "Oyanın, xanımlar və cənablar. Siz istərdinizmi ki, "Boko Haaram" (terror qruplaşması) Nigeriyada müstəqil dövlət yaratsın? Fikirləşirəm ki, xeyr. Mən, həmçinin beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ müharibəsi vaxtı Xocalı soyqımırını təkcə xatırlaması deyil, həm də soyrıqım aktı kimi tanıması üçün Azərbaycan vətəndaşlarının necə mübarizə apardığını görmüşəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti