...

Aİ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son silahlı insidentlərdən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 14:02 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca insanların ölümünə səbəb olan silahlı insidentlərdən narahatdır.
Aİ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son silahlı insidentlərdən narahatdır

Azərbaycan, Bakı, 4 avqust/Trend, müxbir Elmira Tariverdiyeva/

Avropa İttifaqı (Aİ) son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca insanların ölümünə səbəb olan silahlı insidentlərdən narahatdır. Bu barədə Trend Aİ-nin Azərbaycandakı missiya ofisinin məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir: "Biz hər iki tərəfi dərhal atəşkəs rejiminə riayət etməyə başlamağa, güc tətbiqindən və ya istənilən hədələrdən çəkinməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri davam etdirməyə çağırırıq".

Aİ xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması üzrə səylərin aktivləşməsində iştirak etməyə və ATƏT-in Minsk qrupunun tam dəstəyi ilə sülhün əldə edilməsi üzrə səylərə töhfə verməyə hazırdır.

Aİ-nin məlumatında qeyd edilir: "Biz ATƏT-in Minsk qrupunun səylərinə və 3 həmsədrin işinə, xüsusilə 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüşdə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə danışıqları davam etdirməyin zəruriliyinə tam dəstəyimizi yenidən təsdiq edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti