...

Müdafiə Nazirliyi: Mi-24 döyüş helikopterləri cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib (ANİMASİYA)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 16:09 (UTC +04:00)
Noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.
Müdafiə Nazirliyi: Mi-24 döyüş helikopterləri cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib (ANİMASİYA)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiq edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ərazidə aparılan son müşahidələrə əsasən əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən aydın görünür ki, uçuş heyəti helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib.

Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edirdilər.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildirir ki, movqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşi ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti