...

"Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru" (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Polşada təhsil alan azərbaycanlı gənclər və diasporumuzun üzvləri Helsinki İnsan Haqları Fondunun qarşısında nümayiş keçiriblər.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayiş iştirakçiları əllərində "Helsinki Fondu, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin haqlarını qoru" şüarları ilə qeyd olunan təşkilatı girovluqda saxlanılan azərbaycanlıların talelərinə biganə yanaşmamağa çağırıblar.

Nümayişin sonunda azərbaycanlı gənclər Helsinki İnsan Haqları Fondunun Varşava ofisinin əməkdaşına D.Əsgərov və Ş.Quliyevin girov götürülmələri ilə əlaqədar həqiqəti əks etdirən məktubu təqdim ediblər.

Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Ş.Quliyev və D.Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. H.Həsənovun nəşi Azərbaycana qaytarılıb. Ş.Quliyev və D.Əsgərovun isə qondarma "məhkəməsi" keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti