...

Ermənistan vurulmuş helikopter məsələsinin diplomatik yolla həllinə üstünlük verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2014 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Ermənistan başqa variantların da qüvvədə qalmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş helikopterlə bağlı məsələnin diplomatik yolla həlli üzrə səylərini davam etdirəcək. Trend-in "Armenpress"ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

Nazir bildirib ki, hələlik Ermənistan diplomatiyaya üstünlük verir.

Qeyd edək ki, noyabrın 12-də saat 13:45-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti