Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbirlər Elçin Mehdiyev, Cəmilə Cəfərova/
Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalıdır. Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.
Onun sözlərinə görə, istənilən münaqişə sülh you ilə həll edilməlidir: "Bu, regiondakı təcrübəmizdən irəli gəlir. Sülh yolu ilə həll ən yaxşı qərardır ki, bu da çox vacibdir. İsrail ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir".
Səfir qeyd edib ki, hamı münaqişənin tez bir zamanda həll edilməsini istərdi: "Lakin tarixə müraciət etsək görərik ki, istədiyimiz kimi tez alınmır".
R.Harpaz əlavə edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Bu bizim dəyişməz mövqeyimizdir. İsrailin xarici işlər naziri və Prezidenti bu barədə dəfələrlə bəyan edib".