...

Türkiyə sözünün üstündə dayanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2015 10:27 (UTC +04:00)
Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.
Türkiyə sözünün üstündə dayanıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacibdir.

Nazir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bu günədək heç bir addım atmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti