...

Britaniyanın "City" Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2015 10:51 (UTC +04:00)
Britaniyanın “City” Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı tədbir keçirilib.
Britaniyanın "City" Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Britaniyanın "City" Universitetində Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə "Xocalıya ədalət" adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbiri açan universitetin Azərbaycan Cəmiyyətinin sədri Azər Əsgərov Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, bu soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Faicənin sözün əsl mənasında soyqırım olduğunu diqqətə çatdıran, A.Əsgərov Xocalıda yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Diplomat Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmiş, bir çox ölkənin və beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulamışdır.

Kembric Univeristetinin müəllimi Declan Orielly təqdimatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsi elmi-praktiki, siyasi və iqtisadi cəhətdən ətraflı təhlil edib. Dünyadakı bütün münaqişələrin tezliklə həllini tapmasını arzu edib.

Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti