...

Ceyms Uorlik: ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun sonunda regiona səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2015 15:10 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək.
Ceyms Uorlik: ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun sonunda regiona səfər edəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) iyulun sonunda regiona səfər edəcək. Bu barədə Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

Bu yaxınlarda Vaşinqtonda həmsədrlərin görüşünü şərh edən diplomat qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nizamlanmasında vasitəçilərin səyləri müzakirə edilib.

O həmçinin bildirib ki, həmsədrlər ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti