Səfir: Saakyana Britaniyanın rəsmi şəxsləri ilə görüşmək imkanı verilməyəcək

Səfir: Saakyana Britaniyanın rəsmi şəxsləri ilə görüşmək imkanı verilməyəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Səba Ağayeva/

Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana təminat verib ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyana Londonda bu ölkənin rəsmi şəxsləri ilə görüşməsi üçün imkan verilməyəcək.

Bunu Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunun (The Royal Institute of International Affairs) təşkil etdiyi tədbirdə iştirak etmək üçün qondarma "Dağlıq Qarabağ" rejiminin rəhbərinin Londona səfərini şərh edərkən deyib.

Böyük Britaniya XİN B.Saakyanın Londona səfəri ilə bağlı mövqeyini Azərbaycan səfirliyinə təqdim etdiyi cavab məktubunda izah edib.

Səfir bildirib: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda Azərbaycan tərəfinin tanınmamış separatçı rejimin lideri olan, eləcə də bəşəriyyətə qarşı kütləvi cinayətlərdə, o cümlədən soyqırımda özünü ləkələyən şəxsin Böyük Britaniyaya səfəri ilə bağlı narahatlığını ifadə edib. Məktubda ikitərəfli münasibətlərin müsbət məqamları qeyd edilməklə və Azərbaycanın əməkdaşlığın gələcək inkişafına sadiqliyi ifadə olunmaqla, eyni zamanda, bu cür səfərin Krallığın nüfuzuna kölgə sala biləcəyinə dair narahatlıq bildirilib. Səfirlik, həmçinin Britaniya tərəfinin Bako Saakyana Birləşmiş Krallığın rəsmi şəxsləri ilə hər hansı görüşlərin keçirilməsi üçün şərait yaradılmayacağına dair təminatlar verməsini xahiş edib".

T.Tağızadənin sözlərinə görə, Böyük Britaniya XİN-in cavab məktubunda bir neçə məqam qeyd edilib: "Birləşmiş Krallıq özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejimini tanımır və bu mövqeyinin dəyişdirilməsi ilə bağlı planları yoxdur; Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, eləcə də münaqişənin ATƏT-in prinsipləri əsasında həllinə sadiqdir. Böyük Britaniya XİN, həmçinin vurğulayıb ki, "Chatham House" tədbirinin nazirliklə heç bir əlaqəsi yoxdur, çünki institut qeyri-hökumət təşkilatıdır".

Diplomat diqqətə çatdırıb ki, səfirlik daha əvvəl "Chatham House" rəhbərliyinə məktub göndərib: "Səfirlik məktubda Azərbaycan və Böyük Britaniya münasibətlərinin, eləcə də Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələrini, analitiklərini Londona dəfələrlə dəvət etmiş institutla əlaqələrin inkişafını vurğulayıb. Biz, həmçinin qeyd etmişik ki, "Chatham House"un özünü müstəqil elan etmiş Dağlıq Qarabağ rejiminin liderinin Londona səfəri zamanı çıxış etməsi üçün ona tribuna verilməsi qərarı qəbuledilməzdir və anlaşılan deyil. Qeyd edilirdi ki, azad debatlar separatçılığa haqq qazandırmamalıdır. Diplomatik missiya, həmçinin vurğulayıb ki, Kral Beynəlxalq Münasibətlər İnstitutunun mövcud beynəlxalq nüfuzu Londona səfər edən separatçı rejimlərin liderləri üçün piar-imkanın yaradılması kimi belə düşünülməmiş addımların nəticəsində təhlükə altına salınmamalıdır".

İnstitut rəhbəri cavab məktubunda Azərbaycanla əməkdaşlığı davam etdirmək, Azərbaycanın mövqeyini təqdim etmək üçün ölkənin rəsmi şəxslərinə və analitiklərinə platforma təqdim etmək niyyətini qeyd edib.

T.Tağızadə deyib: "Saakyanın səfərinə gəlincə, institut qeyd edib ki, onun Londona səfəri rəsmi xarakter daşımır. İnstitut anlayır ki, "siyasi cəhətdən ziddiyyətli fiqurlar"a bəzən dəvət göndərir və çıxış etmək imkanı verir. Bununla da institut Saakyanı "ziddiyyətli fiqur" adlandırıb".

Səfirin sözlərinə görə, eləcə də institut saytdan tədbir barədə məlumatı silib. İnstitut rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin münaqişə ilə bağlı mövqelərini bildirməsi üçün onları dəvət etmək niyyətini və arzusunu bəyan edib.

Diplomat əlavə edib: "Separatçı Dağlıq Qarabağ rejiminin liderinin iştirak etdiyi tədbirə gəlincə, orada təqribən 40 nəfər iştirak edib, onların 20-dən çoxu Ermənistanın Böyük Britaniyadakı səfirliyinin, Ermənistan QHT-lərinin və regionla əməkdaşlıqda maraqlı olan bəzi şirkətklərin nümayəndələri, eləcə də Azərbaycan səfirliyinin nümayəndələridir".

Onun sözlərinə əsasən, B.Saakyanın çıxışı olduqca ağır təəssürat yaratdı: "O, erməni dilində tərcümə ilə çıxış etdi ki, bu da çox uzun və cansıxıcı idi. Təşkilatçılar bu çıxışla bağlı narazılığı hər hansı yolla yüngülləşdirməyə çalışırdılar və buna görə də onun çıxışını turizmin, iqtisadiyyatın vəziyyəti və s. məsələlərlə bağlı sual-cavablarla məhdudlaşdırmağa cəhd edirdilər. Azərbaycan səfirliyinin və İngilis-Azərbaycan Cəmiyyətinin nümayəndələri sual və şərhlər verməyə nail oldular. Sual və şərhlər belə tədbirin keçirilməsinin və separatçı rejimin liderinin çıxışının yolverilməzliyi ilə bağlı olub. Səfirliyin və Böyük Britaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının köməyi ilə institutun binası qarşısında aksiya da keçirildi. Aksiya Saakyanın səfərinə qarşı etiraz əlaməti olaraq videomateriallar, bannerlər, şüarlarla müşayiət olundu".

Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Daha bir neçə rayonda “Vətən Bağı” yaradılıb
Loading Bars
Xəbər lenti
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanın daha iki para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (YENİLƏNİB)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
Bütün xəbərlər