...

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs ötən gün də pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2015 09:47 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs ötən gün də pozulub

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Gülüstan, Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti