...

AŞPA məruzəçisi təmas xəttinə səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2015 13:00 (UTC +04:00)
AŞPA-nın “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edəcək.
AŞPA məruzəçisi təmas xəttinə səfər edəcək

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

AŞPA-nın "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edəcək. Bu barədə Trend AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

Səfər 15-16 sentyabr tarixlərində Azərbaycanın nəzarətində olan ərazilərdə baş tutacaq.

Təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti