...

ATƏT-in Minsk qrupu cəbhə xəttində yaranmış gərginlikdən ciddi narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2015 13:38 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik münaqişə tərəflərinin mülki əhalinin yaşadığı ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etməsindən ciddi narahatlıqlarını bildiriblər.
ATƏT-in Minsk qrupu cəbhə xəttində yaranmış gərginlikdən ciddi narahatdır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik münaqişə tərəflərinin mülki əhalinin yaşadığı ərazilərdə minaatanlar və ağır silahlardan istifadə etməsindən ciddi narahatlıqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə həmsədrlərin bu gün Nyu Yorkda dərc olunan bəyanatında deyilir.

Həmsədrlərin fikrincə, bu cür addımlar yolverilməzdir və münaqişənin eskalasiyasına gətirib çıxara bilər.

Minsk qrupunun həmsədrləri ölənlərin ailələrinə başsağlığı verib və bildiriblər ki, təmas xəttinin hər iki tərəfində tələfat var: "Biz təəssüf edirik ki, bu cür insidentlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu Yorkda nəzərdə tutulmuş görüşü ərəfəsində baş verir. Fikrimizcə, nazirlər münaqişənin danışıqlar yolu ilə nizamlanmasına dair ciddi danışıqlar aparacaqlar".

Vasitəçilər qeyd ediblər ki, zorakılığın nədən yarandığını müəyyən etməkdə çətinlik çəkdikləri və münaqişə tərəflərinin bir-birini günahlandırdığı bir vaxtda tərəflər ATƏT-in araşdırma mexanizmi istiqamətində işləməlidir: "Bu məsələ prezidentlər arasında da müzakirə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti