...

Səfir: ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 16:13 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır.
Səfir: ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:35-də yayılıb)

Bakı. Maksim Tsurkov, Yelena Kosolapova - Trend:

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığı qınayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib: "Qarabağa, işğal edilmiş ərazilərə gəlincə, hamınız bilirsiniz ki, ABŞ orada olan zorakılığı qınayır. Biz ölənlərə görə dərin başsağlığımızı bildirdik".

R.Sekutanın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının bundan sonra axtarışı üçün mexanizm olan ATƏT-in Minsk qrupunun cəlb edilməsinin vacibliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti